• 28 c Bakı
  • 1.7 AZN

Ata oldunsa, istirahət yerin işdir


  • 03-09-2021 10:00

Gərgin iş rejimindən sonra istirahət etmək hər bir kəsin haqqıdır. Lakin pandemiya buna əngəl oldu.

"Nmedia.az" ölkə əhalisinin yay tətilini harada və necə keçirdiyi barədə sorğu keçirib.

Respondentlərin cavablarını olduğu kimi təqdim edirik:

İsmayıl Əhmədov: "8 ay gözləyib belə sıxıcı bir yay tətili keçirəcəyimi heç xəyal etməmişdim. Üstəlik, rayona belə gedə bilmədim";

Gülnar: "Evdə, divanda";

Dilşad Yusifova: "Heç yerdə. Çalışdığım redaksiyada müftə işləməklə keçirdim";

Kəmalə Əliyeva: "Mən Ərzurumda oldum.Doğu Bəyazitdə, Ağrı dağının yaxınlığında oldum. Türkiyə çox gözəldir";


Rafael Sadıqov: "Bu il super. 2 il bundan əvvəl tikintidə, keçən il də. Bu il də elə oldu. Ata oldunsa, istirahət yerin işdir. 13:00-dan 14:00-dək yeməyini ye. Vaxt qalsa, 15 dəqiqə yat"

Leyla Həsənova: "Rusiyada, yaxın qohumlarımızın yanında";

Əkbər Musayev: "Evimdə";

Həsənov Amil: "Bu yayı maraqlı keçirdim. Qubada oldum";

Afa Xəlilova: "İstirahət deməzdim. Nabranda 1-2 gün dincəldim". 

Təsisçi və baş redaktor Nicat Dilqəmli: 070-725-45-65

Kateqoriyadan xəbərlər