Ekologiya və Təbii sərvətlər Nazirliyi hava şəraitinin dəyişməsi barədə xəbərdarlıq edib.
"Nmedia.az" xəbər
veri ki, sentyabrın 6-sı axşamdan 8-i səhərədək Bakıda və Abşeron
yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 7-si
axşam, 8-i gecə yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək
güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.
Şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın
rayonlarında sentyabrın 6-sı axşamdan 8-i gündüzədək bəzi rayonlarda
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı
yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə
güclü olacağı ehtimalı var. Əsasən, dağlıq və dağətəyi rayonlarda dolu
düşəcəyi istisna olunmur.
Qərb
küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək
güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı,bəzi dağ çaylarından
qısamüddətli sel keçəcəyi ehtimal olunur.