• 28 c Bakı
  • 1.7 AZN

Bu gündən bir sıra qadağalar qaldırılır


  • 01-10-2021 09:04

Bu gündən Azərbaycanda fəaliyyət göstərən mədəniyyət obyektləri (konsert zalları, konfrans zalları, kinoteatrlar və teatrlar) açılır. 

Nmedia.az bildirir ki, həmin məkanların açılmasına ümumi tutumun 50 faizindən çoxunun doldurulmaması şərtilə icazə verilib.

Eyni zamanda iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri də açılır.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərəcək və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportuna sahib olduqları halda istifadə edə biləcəklər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVİD-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola biləcəklər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVİD-19 pasportuna (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

Laləzər Osmanova

Təsisçi və baş redaktor Nicat Dilqəmli: 070-725-45-65

Kateqoriyadan xəbərlər