• 28 c Bakı
  • 1.7 AZN

''LinkedIn'' bu ölkədə artıq işləməyəcək


  • 15-10-2021 09:05

"LinkedIn" sosial şəbəkəsinin rəhbərliyi İnternet resursları üçün yeni normativ tələblər səbəbindən platformanın Çində lokallaşdırılmış versiyasının işini dayandırmaq qərarına gəlib.

''Nmedia.az'' bildirir ki, bu barədə müvafiq açıqlama sosial şəbəkənin rəsmi bloqunda yayılıb.

LinkedIn-dən bildirilib ki, sosial şəbəkənin yeni strategiyası Çinli mütəxəssislərə ölkədə iş tapmaqda və yerli şirkətlərə ixtisaslı namizəd tapmaqda kömək göstərməyə yönələcək. 

Məlumata əsasən, Çində iş axtarışı üçün olan yeni "InJobs" tətbiqinin fəaliyyətə başlanılması nəzərdə tutulub. 

Laləzər Osmanova 

Təsisçi və baş redaktor Nicat Dilqəmli: 070-725-45-65

Kateqoriyadan xəbərlər