Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət (Respublika) bayramıdır.
Nmedia.az-ın məlumatına görə, qardaş ölkədə respublika üsul-idarəsinin qurulmasının 98-ci ildönümü geniş şəkildə qeyd olunur.
Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı
ilə Osmanlı dövlətinin ləğv edilərək, Türkiyə Cümhuriyyəti elan olunması
münasibəti ilə qeyd edilir.
Mustafa Kamal Paşanın
rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də
Mustafa Kamal (Atatürk) özü olub. 1924-cü ildən etibarən keçirilməyə
başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk
Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə
səfirliklərində qeyd edilir.
Ərazisi 783 562,4 km² olan
Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi
ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 80 milyon nəfər,
paytaxtı Ankara şəhəridir. Prezident üsulu ilə idarə olunan ölkənin
bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan
ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.
Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.