Hindistan gələn il dünya ölkələri üçün 5 milyard dozadan çox koronavirus vaksini istehsal etmək niyyətindədir.
Nmedia.az xəbər verir ki, bu barədə Romada keçirilən G20 sammitinin sessiyasında çıxışı zamanı baş nazir Narendra Modi deyib.
O, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hindistan istehsalı olan vaksinləri mümkün qədər tez tanımağa çağırıb:
“Hindistan qlobal öhdəliklərini həmişə ciddi qəbul edib. Bu gün G20 tribunasından sizə demək istəyirəm ki, Hindistan gələn il bütün dünyaya 5 milyard dozadan çox peyvənd buraxmağa hazırlaşır. Buna görə də Hindistan peyvəndlərinin mümkün qədər tez ÜST tərəfindən tanınması lazımdır”.