Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın paytaxtı İrəvanda səfərdədir.
O, bu barədə tviterdə yazıb: “Bir gün görüşlər üçün İrəvana qayıtdım”.
T. Klaar Ermənistan rəsmiləri ilə Laçın yolundakı durumu müzakirə edəcəyini bildirib.
O qeyd edib ki, Aİ-nin məqsədi Ermənistanla Azərbaycan arasında hərtərəfli həll yoluna nail olmaqdır.
Klaar sonuncu dəfə ötən ilin dekabrında Ermənistanda olub.