• 28 c Bakı
  • 1.7 AZN

14 nömrəli uşaq musiqi məktəbində “Zəfər yolumuz” adlı tədbir keçirilib


  • 07-11-2021 12:48

Noyabr ayının 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 14 nömrəli Uşaq Musiqi Məktəbi Vətən müharibəsi Qələbəsinin birinci ildönümü, Zəfər gününə həsr edilmiş  “Zəfər yolumuz” adlı tədbir keçirib.

Tədbir Pirallahı rayonu V. Mustafazadə adına Mədəniyyət Sarayının zalında Rayon İcra Hakimiyyətinin Zəfər gününə həsr edilmiş videoçarxı ilə başlayıb. Aparıcı, musiqişünas Nərgiz Kərimova 44 günlük Vətən müharibəsi, onun qəhrəmanları haqqında  maraqlı və təsirli çıxışı ilə,  videoçarxların nümayişi  ilə dinləyicilərə 30 illik müharibənin acı və kədərini, sevinc və təntənəsini xatırladıb.

14 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda, Şəhidlər haqqında musiqi əsərləri ifa ediblər. Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagird və müəllimləri, 4 nömrəli uşaq incəsənət məktəbinin “Leyla” rəqs kollektivinin maraqlı musiqi nömrələri tədbiri daha maraqlı edib. İfa olunan əsərlərdə, şeirlərdə, çıxışlarda böyük Qələbəmizin əhəmiyyəti diqqətə çatdırılıb.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının əməkdaşları, qazilər, məktəb direktorları, rayon ictimaiyyəti iştirak edib.

Tədbirin sonunda Pirallahı rayonunun Birinci  və İkinci Qarabağ müharibəsinin 44 Şəhidi maraqlı kompozisiya ilə anılıb.




Təsisçi və baş redaktor Nicat Dilqəmli: 070-725-45-65

Kateqoriyadan xəbərlər