• 28 c Bakı
  • 1.7 AZN

MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri bir arada


  • 10-11-2021 13:47

Moskvadakı Beynəlxalq Hərbi Mərkəzdə MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

Nmedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu tədbirin açılışında bildirib ki, yeni qarşılıqlı fəaliyyət sahələri müzakirə olunacaq.

Qeyd edək ki, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın müdafiə nazirliklərinin, eləcə də MDB İcraiyyə Komitəsinin və MDB Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndə heyətləri iştirak edir.

Təsisçi və baş redaktor Nicat Dilqəmli: 070-725-45-65

Kateqoriyadan xəbərlər