• 28 c Bakı
  • 1.7 AZN

Avropada qazın qiyməti 770 dollara yaxınlaşıb


  • 23-01-2023 13:11

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 770 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

23 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 766,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (747 dollar) ilə müqayisədə 2,7% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Təsisçi və baş redaktor Nicat Dilqəmli: 070-725-45-65

Kateqoriyadan xəbərlər