• 28 c Bakı
  • 1.7 AZN

Valideynlər yay məktəbi barədə nə düşünür? - Sorğu


  • 11-06-2021 10:59

8 iyun tarixindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”nə qeydiyyat prosesinə start verilib.

Valideynlər bu qərarla razıdırlarmı? Onlar bu barədə nə düşünürlər?

Nmedia valideynlər arasında sorğu keçirib, məsələni araşdırmağa çalışıb.

Sorğuda iştirak edən valideynlərin fikirlərini olduğu kimi təqdim edirik:

Sima Əhmədova: "Bəli. Arada yarımçıq keçilmiş mövzular yenidən təkrarlanar yəqin. Əladır".

Günay Rza: "Mən xeyr... Çünki uşaq heç iyunda gəlmir, qaldı yaya. Hava istidir..." 

Arif Mahmudov: "Mən razıyam və dəstəkləyirəm bu qərarı. Uşaqlara xeyri dəyər".

Tünzalə Quliyeva: "Ehtiyac görmürəm göndərməyə. Nə lazım idi öyrəniblər, məncə. Uşaqlar bu vaxtlar fikirlərini toplaya bilmirlər".




Anzulə Cəfərova: "Biz hələ qərar verməmişik..."

Günel Pirqurban: "Bu yay məktəbi heç düzgün deyil. Xeyr, mən razı deyiləm. Guya 14 günlə nə olasıdır ki, uşaqa bir belə əziyyət verilir?!"

İlahə Məhərrəmova: "Cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edildi. Məsafədən təhsil şagirdlərin bilik və bacarıqlarının mənimsədilməsində müəyyən çətinliklər yaratmış oldu. Təhsildə ləngimələr baş verdi. Bunun üçün də təhsil naziri tərəfindən ümumtəhsil müəssisələrində yay məktəbi təşkil edilir.

Həm müəllim, həm də valideyn olaraq bu təşəbbüsə müsbət fikir bildirirəm.

Belə ki, mövcud vəziyyəti nəzərə alaraq şagirdlərin zəruri bilik və bacarıqlarının mənimsədilməsində öyrənilənlərin ümumiləşdirilməsi məqsədi ilə yay məktəbinin təşkil edilməsinə müsbət fikir bildirirəm".



Nazlı Babayeva: "Xeyr".

Qahirə Həşimova: "Xeyr. Özüm müəlliməm, amma övladlarım getmək istəmədi, mən də məcbur etmədim. Bu təhsili hansı yana çevirsən də, sonda uşağı bilik üçün ya kursa, ya da repetitor yanına göndəririk. Günü uzatmaqla təhsil olmur. Təhsilin keyfiyyəti savadlı dərslikdən və təhsil proqramından asılıdır. Buna isə şapalaqla üz qızartmaq deyirlər".

Nuriyə Quliyeva: "İstidir".

Pərvanə Məmiyeva: "Bəli, çox gözəl olardı. Məqsədi isə bu ilin bəlası olan COVİD-19 pandemiyası ilə əlaqələndirirəm. Artıq, demək olar, 2 dərs ilidir ki, distant halda keçirilir.

Bildiyim qədər, çox valideyinlər mənim kimi bu cür təhsilin əleyhinədir. Məktəbin öz müsbət cəhətləri var, hər mənada.

Yay təhsilinin (artıq dərs saatlarının) keçirilməsinə də böyük məmnuniyyətlə razıyam."

Aynur Osmanova: "Razıyam".

Ellada Əsədova: "Təxminən 2-3 il bundan öncə övladlarımı özəl məktəblərdən birinin yay məktəbinə göndərmişdim. Həmin məktəbdə bütün dərslər ingilis dilində keçirilirdi, uşaqlarımın ingilis dili səviyyəsi hiss olunacaq qədər inkişaf etmişdi. Təbii ki, məktəb ödənişli idi.

Amma dövlət məktəblərindən razı deyiləm, heç göndərmirəm də".

Fəxrəddin Yusifov: "İstidə dərs olmaz. Bir faydası olduğunu heç düşünmürəm".

Aygün Qənbərova: "Ehtiyac görmürəm".

Gülər Rüstəmova: "Xeyr".

Ofeliya Qasımova: "Bəli, biz razı olmadıq yay məktəbinə. Çünki yayda uşaqlar dərs oxuya bilmirlər. Bu istidə məktəbə getmək olmur. Yayda hamı istirahət edir və ona görə mən də istəyirəm ki, övladım da istirahət etsin".

Səadət Azadova: "Xeyr".

Arzu Umut: "Göndərməyəcəyəm. Yetərincə bir il ərzində stress yaşayıb imtahanlarda, az stress deyil. Onun 2 ilini əlindən alıb pandemiya. Dincəlmək ən böyük haqqıdır.

Sentyabrda, in şə Allah, tam əyani təhsil bərpa olar."